"Mbappe Messi və Ronaldonun varisidir"

16:50 - 29 Sentyabr 2022

"İnter Mayami"də çıxış edən Blez Matyudi Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı fransalı yarımmüdasfiəçi Mbappeni Lionel Messi və Kriştiano Ronaldonun varisi adlandırıb:

 

"Mbappe "Qızıl top" üçün namizədlərdən biridir. Onun mükafatı qazanmaq şansı var. Gənc yaşına rəğmən, mükəmməl bir futbolçu olduğunu göstərdi. Onun futbolu adamı cəlb edir. Mbappe bu il də, gələn il də "Qızıl top"u qazanmaq üçün hər şeyə sahibdir. Məncə o, Lionel Messi və Kriştiano Ronaldonun varisidir".

Xəbər xətti