Fransanın "Brest" klubunda baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi vəzifəsini icra edirdi.
saytlarin hazirlanmasi