Fransa milli komandasının keçmiş üzvü olan Frank Riberi peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, "Salernitana"nın futbolçusu bu barədə rəsmi tvitter səhifəsində məlumat verib. Ulduz futbolçu 39 yaşılda karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, Frank Riberi karyerası ərzində "Brest", "Mets", "Qaıatasaray", "Marsel", "Bavariya". "Fiorentina" və "Salernitana"da çıxış edib. 39 yaşlı vinger Fransa yığma komandasının heyətində meydana çıxdığı 81 rəsmi matçda 16 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi