Ulduz futbolçu dünya çempionatını buraxa bilər

17:12 - 31 Oktyabr 2022

Mövsümün əvvəlində əməliyyat olunan "Yuventus"un futbolçusu pol Poqba yenidən zədələnib.

 

Sportal.az xəbər verir ki, bud əzələsindən xəsarət alan 29 yaşlı yarımmüdafiəçi ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Fransa millisinin üzvünün dünya çempionatında iştirakı sual altındadır.

 

Fransa millisinin baş məşqçisi Didye Deşam heyəti 9 noyabr tarixində açıqlayacaq.

 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində Qətərdə baş tutacaq

Xəbər xətti