İbrahimoviç: "Mənim Fransaya ehtiyacım yoxdur, Fransanın mənə ehtiyacı var"

20:42 - 31 Oktyabr 2022

PSJ-nin keçmiş futbolçusu, hazırda "Milan"da çıxış edən Zlatan İbrahimoviç maraqlı açıqlama verib.


Sportal.az xəbər verir ki, isveçli forvard onun gedişindən sonra Fransa çempionatına marağın azaldığını deyib:


"Mən ayrılandan sonra Fransada diqqət çəkəcək mövzu qalmadı. Mbappeyə, Messiyə, Neymara sahib olmağınız kifayət etmir. Çünki, tanrınız yoxdur. Mənim Fransaya ehtiyacım yoxdur, Fransanın mənə ehtiyacı var".


Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib. 41 yaşlı hücumçu Paris təmsilçisinin heyətində meydana çıxdığı 180 matçda 156 qol və 61 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti