Fransa millisində növbəti itki: Dünya çempionatını buraxa bilər

17:11 - 2 Noyabr 2022

Dünya çempionatı öncəsi Fransa milli komandasının heyətində daha bir itki baş verib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe zədələnib. Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı mərkəz müdafiəçisi Qətərdə baş tutacaq dünya çempionatını buraxa bilər.

 

Fransa yığmasında daha öncə Nqolo Kante və Pol Poqbanın dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində baş tutacaq. Fransa millisi D qrupunda Danimarka, Avstraliya və Tunislə mübarizə aparacaq.

Xəbər xətti