Mövsümün sonunda PSJ olə müqaviləsi başa çatan Lionel Messinin komandada qalıb-qalmayacağı maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı argentinalı ulduzla bağlı yeni iddia irəli sürüb. Məlumata görə 35 yaşlı hücumçu Paris təmsilçisinin yeni müqavilə təklifinə isti yanaşır.
Hazırda bütün diqqətini dünya çempionatına yönəldən Messi gələcəyi ilə bağlı yekun qərarı mundialdan sonra verəcək. PSJ rəhbərliyi də DÇ-2022-dən sonra ulduz futbolçuya 1+1 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, Fransa klubunun heyətində meydana çıxdığı 52 matçda 23 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi