PSJ-nin futbolçusu Kilian Mbappe yayda PSJ ilı yeni müqavilə imzaladığı zamanı xatırlayıb.
Sportal.az xəbər verir ki. 24 yaşlı forvard Fransa prezidenti Emmanuel Makronun "Real"a getməməsi üçün ona zəng etdiyini bildirib:
"Emmanuel Makron mənə zəng etdi. Dedi ki, "Ayrılmaq istədiyini bilirəm. Fransa üçün çox önəmlisən. Burada tarix yazmaq fərsətin var. Hamı səni sevir". Onun sözləri çox xoşuma gəldi. Ölkə prezidenti sizə zəng edir və qalmağınızı istəyir.
"Real"a getmək əlbəttə ki, daha asan idi. Mən fransızam, parisliyəm, eyni zamanda çılğınam. Burada kuboklar qazanaraq adımı ölkə tarixinə yazdırmaq istəyirəm".
Qeyd edək ki, Kilian Mbappe yayda PSJ ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi