Fransa milli komandasının dünya çempionatı üçün heyətinə bir futbolçunun adı əlavə olunub.
Sportal.az xəbər verir ki, baş məşqçi Didye Deşam Münhenqladbax "Borussiya"sının hücumçusu Markus Türamı mundial üçün milliyə dəvət edib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssisin daha əvvəl açıqladığı siyahıda 25 futbolçunun adı var idi.
Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Fransa yığması D qrupunda Danimarka, Tunis və Avstraliya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi