Fransa millisinin heyətində məcburi dəyişiklik

16:30 - 16 Noyabr 2022

"Leyptsiq"in hücumçusu Kristofer Nkunku zədə səbəbindən Fransa millisinin DÇ-2022 heyətindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunu yığmada kimin əvəz edəcəyi məlum olub. Baş məşqçi Didye Deşam Nkunkunun yerinə "Ayntraxt"ın forvardı Randal Kolo Muani mundial heyətinə daxil edib.

 

Klubu ilə Yaponiyada təlim-məşq toplanışında olan 24 yaşlı hücumçu sabah Qətərə yollanaraq millinin düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Fransa yığması D qrupunda Danimarka, Tunis və Avstraliya ilə mübarizə aparacaq.

Xəbər xətti