"Real"ın və Fransa millisinin futbolçusu Eduardo Kamavinqa dünya çempionatı öncəsi açıqlama verib.
Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "kral klubu"nda komanda yoldaşı olan Kərim Benzema haqda danışıb. Gənc oyunçu Benzemanın ona çox kömək etdiyini deyib:
"Benzemanın zədə durumu yaxşıdır, tez sağalır. Onunla yaxşı münasibətim var. "Real"da mənə çox kömək edir. O, əldə etdiyi bütün uğurlara layiqdir. Ümid edirəm, dünya çempionatına kimi tam hazır olar. Kərim meydanda mənə kömək edir. Topu ayağa aldıqda hara ötürmə verməli olduğumu başa salır".
saytlarin hazirlanmasi