DÇ-2022-nin qrup mərhələsinin Avstraliya ilə matçında zədələnən Lukas Hernandes karyerasını bitirmək istəyib.
Sportal.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Fransa millisinin 26 yaşlı sol cinah müdafiəçisini anası və yaxın dostları fikrindən yayındırıb.
"Bavariya"nın futbolçusu daha əvvəl də diz bağlarından və diz zadəsi yaşadığı üçün karyerasını bitirmək fikrinə düşüb. Lukas Hernandesin Münhen təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi