Fransa millisində xəstəlik şoku

20:59 - 13 Dekabr 2022

Fransa milli komandası DÇ-2022-nin yarımfinal mərhələsi çərçivəsində Mərakeşlə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, son dünya çempionları bu görüşə ciddi itkilərlə çıxa bilər. Belə ki, yığmanın müdafiəçisi Dayo Upamekano və yarımmüdafiəçi Adrien Rabyo xəstəlik səbəbindən son məşqi buraxıb. Oyunçuların son durumu sabah bəlli olacaq.

 

Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti