Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe Paris klubunda debüt edib.
Sportal.az xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoldaşlıq görüşündə əsas komandanın heyətində meydana çıxıb. 30 dəqiqəlik iki hissə formatında keçirilən matçda Ethan Mbappe 45-ci dəqiqədə Fabian Ruisin əvəzinə oyuna girib.
Qarşılaşma PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi