Benzema milli karyerasını başa vurdu

21:16 - 19 Dekabr 2022

Kərim Benzema Fransa milli komandasındakı karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə "Real"ın hücumçusu öz sosial şəbəkə hesabında məlumat verib. Ulduz futbolçu 35 yaşında millidən getmək qərarı verib.

 

Qeyd edək ki, Kərim Benzema 2007-ci ildən Fransa yığmasında çıxış edirdi. Təcrübəli forvard bu müddət ərzində millinin heyətində meydana çıxdığı 97 matçda 37 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti