Fransa Deşamla davam edəcək

17:30 - 22 Dekabr 2022

Fransa milli komandası baş məşqçi Didye Deşamla yola davam edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre məlumat verib. Federasiya rəhbəri növbəti həftə Genqam şəhərində 54 yaşlı mütəxəssislə görüşəcəklərini bildirib:

 

"Əlbəttə ki, bu barədə federasiyanın üzvləri ilə danışmalıyam. Ancaq məncə, bu məsələni Genqamda həll edəcəyik. Deşam qalmaq istəmirsə, görüşümüz qısa çəkəcək. Əgər qalmaq istəyirsə, daha çox müzakirə edəcəyik".

 

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinin çalışdırır. "Xoruzlar" onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionluğu, 2018-ci ildə isə dünya çempionluğu qazanıb. Komanda son mundialda isə finalda Argentinaya məğlub olaraq turniri ikinci yerdə başa vurub.

Xəbər xətti