Fransa milli komandasınnı keçmiş üzvü Blez Madyudi peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, 35 yaşında karyerasını bitirib.
Qeyd edək ki, Blez Matyudi karyerası ərzində "Troya", "Sent-Etyenn", PSJ və "Yuventus"da çıxış edib. Onun son klubu "İnter Mayami" olub. Matyudi 2018-ci ildə Fransa millisi ilə dünya çempionluğu qazanıb.
saytlarin hazirlanmasi