Messinin PSJ ilə imzalayacağı müqavilənin detalları bəlli oldu

21:58 - 24 Dekabr 2022

Lionel Messi PSJ ilə yeni müqavilə ilə bağlı razılıq əldə edib.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçunun Paris klubu ilə imzalayacağı sözləşmənin detalları da bəlli olub. Təcrübəli futbolçu Liqa 1 təmsilçisi ilə 1+1 illik müqaviləyə qol çəkəcək. Leonun maaşı da artırılacaq.

 

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustundan PSJ-də çıxış edir. Argentina millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 19 matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti