Messi PSJ-nin 3 matçını buraxacaq

16:58 - 27 Dekabr 2022

Lionel Messinin PSJ-nin düşərgəsinə qoşulacağı tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, dünya çempionatından sonra ölkəsində olan argentinalı ulduz 3 yanvar tarixində Paris təmsilçisinin məşqlərinə qoşulacaq.

 

35 yaşlı hücumçu PSJ-nin Fransa çempionatının iki, ölkə kubokunun isə bir matçını buraxacaq. Leonun 11 yanvar tarixində "Anje" ilə keçiriləcək Liqa 1 qarşılaşmasında iştirak edəcəyi gözlənilir.

Xəbər xətti