PSJ-nin baş məşqçisi Kristof Qaltye mövsümün sonunda klubla müqaviləsi başa çatan Lionel Messi ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis argentinalı hücumçunun Parisdə xoşbəxt olduğunu deyib:
"Danışıqlar davam edir, idarə heyətimiz Messi ilə yeni müqavilə ilə bağlı müzakirələr aparıb. Daha çoxunu bilmirəm. Leonu Parisdə çox xoşbəxt görürəm. Onun klubun layihəsi ilə bağlı mövqeyini görəcəyik".
saytlarin hazirlanmasi