Fransa klubu baş məşqçini istefaya göndərdi

21:55 - 10 Yanvar 2023

Fransa çempionatında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Strasburq" Jülyen Stefanla yollarını ayırıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Jülyen Stefan komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, "Strasburq" Liqa 1-də 17 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti