"Bavariya" ilə matçdan öncə PSJ-də şok itkilər

16:23 - 2 Fevral 2023

Çempionlar Liqası 1/8 final mərhələsinin "Bavariya" ilə matçı öncəsi PSJ ciddi itkilərlə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki,  Serxio Ramos və Kilian Mbappe Liqa 1-in 21-ci turunda "Monpelye" ilə matçda (3:1) zədələniblər. Hər iki futbolçu birinci hissədə əvəzlənib.

 

Ramos ayaq əzələsindən, Mbappe isə dizindən xəsarət alıb. Onların son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması 14 fevral tarixində, Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti