Rafael Varan Franda milli komandasındakı karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. "Mançester Yunayted"in mərkəz müdafiəçisi 30 yaşında yığma ilə vidalaşıb.
Qeyd edək ki, Rafael Varan 2013-cü ilin mart ayında Fransa seçməsində debüt edib. Təcrübəli futbolçu bu müddət ərzində "xoruzlar"ın heyətində keçirdiyi 93 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Varan 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
saytlarin hazirlanmasi