Mbappenin "Bavariya"ya qarşı oynamayacağı dəqiqləşdi

19:07 - 2 Fevral 2023

Fransa çempionatının 21-ci turunun "Monpelye" ilə matçında zədələnən Kilian Mbappenin durumu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi fransalı hücumçunun durumu ilə bağlı açıqlama verib. Sol ayaq əzələsindən zədə alan 24 yaşlı forvard 3 həftə yaşıl meydanlardan uzaq aalacaq.

 

Fransa millisinin üzvü Çempionlar Liqa 1/8 final mərhələsinin "Bavariya" ilə ilk matçını buraxacaq.

 

Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 26 rəsmi matçda 25 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti