Fransa klubu baş məşqçini istefaya göndərdi

15:20 - 8 Fevral 2023

Fransa I Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Monpelye" Roma Pito ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Roma Pito ötən ilin oktyabr ayında "Monpelye"nin baş məşqçisi təyin olunmuşdu. Komanda Liqa 1-də 22 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti