PSJ-də Lionel Messi şoku

16:23 - 10 Fevral 2023

PSJ Çempionlar Liqası 1/8 final mərhələsinin "Bavariya" ilə ilk oyununa ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin argentinalı hücumçusu Lionel Messi sıradan çıxıb. 36 yaşlı forvard dizindən zədə alıb. Onun Münhen təmsilçisini ilə ilk görüşü buraxmaq ehtimalı var.

 

PSJ-nin digər hücumçusu Kilian Mbappe də "Bavariya" ilə qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, PSJ - "Bavriya" matçı 14 fevral tarixində, Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti