Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Neymar sıradan çıxıb. 30 yaşlı futbolçu ölkə çempionatının 24-cü turunun "Lill"lə matçında zədələnərək meydanı xərəkdə tərk edib.
Braziliyalı hücumçunun durumu artıq bəlli olub. "Le Parisien" nəşrinin məlumatına görə topuğundan zədələnnə oyunçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Neymar cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 29 rəsmi matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi