PSJ-nin argentinalı hücumçusu Lionel Messi növbəti tarixi göstəriciyə imza atıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb. Messi buna Liqa 1-in 24-cü turunda "Lill"in qapısına yol tapmaqla (4:3) nail olub.
Ulduz futbolçu bununla da cərimə zərbəsindən vurduğu qolların sayını 61-ə çatdırıb və əfsanəvi Maradonanın uğurunu təkrarlayıb.
saytlarin hazirlanmasi