Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Prensel Kimpembe sıradan çıxıb. 27 yaşlı futbolçu ölkə çempionatının 25-ci turunun "Marsel"lə matçında zədələnib.
Fransalı mərkəz müdafiəçisinin durumu ciddidir. Topuğundan xəsarət alan təcrübəli oyunçu mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Prensel Kimpembe PSJ-nin yetirməsidir. Fransa millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi