PSJ-nin futbolçusu Əşrəf Hakimi cinsi təcavüzdə ittiham olunur.
Sportal.az xəbər verir ki, bu barədə (Le Parisien) nəşri məlumat yayıb. 23 yaşlı bir qadın mərakeşli sağ cinah müdafiəçisindən polisə şikayət edib.
Hakimi özü günahsız olduğuna əmindir. 24 yaşlı futbolçu bütün təcavüz ittihamlarını rədd edir.
Qeyd edək ki, Əşrəf Hakimi PSJ-yə 2021-ci ilin yayında "İnter"dən transfer olunub. Mərakeş millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi