Futbol federasiyasının prezidenti istefa verdi

22:12 - 28 Fevral 2023

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret vəzifəsindən ayrılıb.

 

Sportal.az xəbər verir ki, funksioner prezident postundan istefa verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. O, 2011-ci ildən bu vəzifədə idi.

 

Qeyd edək ki, Noel Le Qret bir müddət əvvəl Zinədin Zidan haqda tənqidi fikirlər səsləndirmişdi.

Xəbər xətti