PSJ-nin ulduz futbolçusu Lionel Messi gələcəyi haqda qərar qəbul edib.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu yayda Avropanı tərk etməyəcək. Bu barədə jurnalist Alfredo Martines məlumat yayıb. 35 yaşlı forvard ən azı 1 il də ən üst səviyyədə, yəni Avropada oynamağı planlaşdırır.
Belə olan halda Messi Səudiyyə Ərəbistanı və ABŞ-dan aldığı təklifləri qəbul etməyəcək. Təcrübəli futbolçu həmçinin yetirməsi olduğu Argentinanın "Nyuels Old Boyz" klubuna da qayıtmayacaq.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. O, Paris təmsilçisinin yeni sözləşmə təklifini hələ ki, qəbul etməyib.
saytlarin hazirlanmasi