Neymar üçün mövsüm bitdi

21:07 - 6 Mart 2023

PSJ-nin futbolçusu Neymar uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Sportalaz xəbər verir ki, braziliyalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq. Sağ ayağından zədələnən futbolçu 3-4 ay komandaya kömək edə bilməyəcək. Bu isə 30 yaşlı oyunçu üçün mövsümün bitdiyi deməkdir.

Qeyd edək ki, Neymar cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 29 matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti