Fransanın "Anje" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi Abdel Buhazamanı postundan uzaqlaşdırıb.
54 yaşlı mütəxəssis yalnız ötən il noyabrın sonlarında adıçəkilən komandaya baş məşqçi təyin olunmuşdu.
"Anje" onun rəhbərliyi altında meydana çıxdığı 11 oyunun 9-da məğlub olub. Hazırda bu klub Liqa 1-də 20 komanda arasında 10 xalla sonuncudur.