PSJ-nin braziliyalı müdafiəçisi Markinyos Paris klubu ilə müqavilə müddətini uzatmağa yaxındır.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Futbolçunun nümayəndələri PSJ rəhbərliyi ilə yeni anlaşmanın son detallarını müzakirə edib.
Markinyos PSJ-nin təklif etdiyi demək olar ki, bütün şərtləri qəbul edib. Braziliyalının yeni müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
28 yaşlı futbolçu 2013-cü ildən Fransa klubunda çıxış edir. O, “Roma”dan PSJ-yə keçmişdi.
saytlarin hazirlanmasi