"Lion"un futbolçusu Fransa millisindən imtina etdi, bu ölkəni seçdi

17:32 - 16 Mart 2023

Fransanın "Lion" klubunun yarımmüdafiəçisi Ussem Auar milli komanda ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu Əlcəzair millisində çıxış edəcək. Oyunçu qərarını özü açıqlayıb.

Ussem Auar Fransanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edib. O, Avropa təmsilçisinin əsas yığmasında da bir oyun keçirib.

Qeyd edək ki, Auar "Lion"un yetirməsidir. Futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti