Fransa millisinin baş məşqçisi Didye Deşam yeni kapitanın adını açıqlayıb.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, kapitan sarğısını Kilian Mbappeyə həvalə edib.
Fransızların son kapitanı yanvarın 9-da millidəki karyerasını başa vurduğunu açıqlayan Uqo Loris idi.
Mbappenin meydanda olmayacağı matçlarda isə Antuan Qrizman kapitanlıq edəcək.
saytlarin hazirlanmasi