"Yuventus" "Lion"un hücumçusunu heyətinə qatacaq

12:53 - 22 Mart 2023

"Lion"un hücumçusu Mussa Dembele komandanı tərk etməyə hazırlaşır.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 26 yaşlı forvard bu yay başa çatacaq müqaviləsini yeniləmək istəmir.

Onun “Yuventus”a keçmək ehtimalının yüksək olduğu bildirilir.

“Fulhem”, “Seltik”də də oynamış hücumçu 2021-ci ildə “Atletiko”da icarə əsasında çıxış edib.
 

Xəbər xətti