Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının AVRO-2024-ün seçmə mərhələsində Niderlandla oyunda qazandığı qələbəni (4:0) şərh edib.
Sportal.az xəbər verir ki, “TF1”ə danışan fransalı mütəxəssis dünya çempionatından sonra yaxşı qələbə qazandıqlarını söyləyib:
"Niderland yığmasında müəyyən problemlər olsa da, dünya çempionatından sonra geridönüşümüz gözəl oldu. Bunlar etdiyimizi, atmosferi və sonda qol vurmamağımızı dəyişmir. Bu çox yaxşıdır. Evdə qələbə qazanmaq vacibdir, amma qarşıda daha bir oyun var. Bərpa olunmaq üçün çox vaxtımız yoxdur".
saytlarin hazirlanmasi