"Real" gələn ilin yayında PSJ-nin futbolçusu Kilian Mbappeni pulsuz transfer etmək niyyətindədir.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" fransalını bir ildən sonra pulsuz almaq üçün səbirli olmaq və növbəti transfer pəncərəsində PSJ ilə danışıqlara getməmək qərarına gəlib.
Eyni zamanda, futbolçunun özü də Madrid klubuna keçmək istədiyini açıqlayıb.
Bir il əvvəl imzalanmış müqaviləyə əsasən, Mbappe 2023-cü ilin yayında müqaviləni uzatma opsiyasını aktivləşdirməsə, 2024-cü ildə PSJ-dən ayrıla bilər.
saytlarin hazirlanmasi