PSJ ən yaxın izləyicisini məğlub etdi - VİDEO

13:51 - 16 Aprel 2023

Fransa çempionatında 31-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, lider PSJ doğma meydanda ən yaxın izləyicisi olan "Lans"ı qəbul edib. Qarşılaşma Paris təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 72-yə yüksəldən PSJ liderliyini davam etdirir. Aktivində 63 xal olan "Lans" isə 2-ci pillədə qərarlaşıb.

PSJ - "Lans" 3:1

Qollar: Kilian Mbappe: 31, Vitinya, 37, Lionol Messi, 40 - Pşemislav Frankovski, 60 (pen)

Xəbər xətti