Kristof Qaltyedən narazı olan PSJ rəhbərliyi növbəti mövsümə yeni baş məşqçki ilə başlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Bolonya"nı çalışdıran Riaqo Mottanı komandanın "sükan"ı arxasına gətirməyi planlaşdırır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. İtaliyalı mütəxəssis Fransa klubunda çalışmağa isti yanaşır.
Qeyd edək ki, Tiaqo Motta ötən ilin sentyabr ayından "Bolonya"ya rəhbərlik edir. İtaliya millisinin sabiq üzvü 2012-2018-ci illərdə futbolçu kimi PSJ-də çıxış edib. Motta daha sonra Liqa 1 təmsilçisinin U-19 komandasının baş məşqçisi postunu icra edib.
saytlarin hazirlanmasi