PSJ "Lill"dən forvard transfer edəcək

11:46 - 28 Aprel 2023

PSJ "Lill"in forvardı Conatan Devidi heyətinə qatmaq istəyir.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, "Lill" Paris klubundan kanadalı hücumçu üçün 65 milyon avro tələb edir.

23 yaşlı Devid bu mövsüm Liqa 1-də 31 matça çıxıb və 21 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

2000-ci il təvəllüdlü futbolçu 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.

Xəbər xətti