PSJ-nin Serxio Ramosu buraxmaq niyyətində deyil.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris klubunun baş məşqçisi Kristof Qaltye müdafiəçi ispaniyalı müdafiəçinin müqavilə müddətinin uzadılacağını açıqlayıb:
"Ramos bizim əsas oyunçumuzdur. Bilirəm ki, onunla müqavilənin uzadılması üçün danışıqlar aparılır".
37 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti 2023-cü il iyunun 30-na qədərdir. Ramos “Sevilya”, “Real”da oynadıqdan sonra 2021-ci ildə PSJ-yə keçib.
saytlarin hazirlanmasi