PSJ Messi ilə müqavilə müddətini artırmayacaq

13:17 - 3 May 2023

PSJ Lionel Messi ilə müqavilə müddətini yeniləmək fikrində deyil.

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalını saxlamaq istəmir.

Fransa nəhənginin rəhbərliyi argentinalının Səudiyyə Ərəbistanına səfərini çox mənfi qiymətləndirib.

PSJ buna görə, argentinalı iki həftəlik oyunlardan və məşqlərdən kənarlaşdırılıb.

Messinin Paris komandası ilə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatır.

Xəbər xətti