"Milan" fransalı üçün "Monako" ilə mübarizə aparır

13:30 - 3 May 2023

"Monako" "Milan" və "Ayntraxt"la "Monpelye"nin forvardı Elye Vai uğrunda mübarizə aparacaq.

Sportal.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu bu mövsüm 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Fransalı gənc oyunçunun müqaviləsi 2025-ci ildə başa çatır və qarşıdan gələn yay "Monpelye" onun transferindən yüksək məbləğ qazanmağa çalışacaq.

Vainin transferi təxminən 20 milyon avro dəyərində qiymətləndirilir və “Milan”, “Monako” və “Ayntraxt” “Monpelye” ilə danışıqlara başlayıb. 

Vai özü də karyerasına Fransada davam etdirmək niyyətindədir. Adıçəkilən forvard "Monpelye"nin yetirməsidir və 2020-ci ildən əsas komandada çıxış edir.
 

Xəbər xətti