"Şatoru"nun futbolçusu Azərbaycan klubundan təklif alıb: "Sirr kimi qalsa, daha yaxşıdır"

14:31 - 3 May 2023

Fransanın "Şatoru" klubunun müdafiəçisi Romen Bask Azərbaycana qayıda bilər.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə Premyer Liqamızda yarışan komandalardan maraq göstərənlər var. Bask özü saytımıza açıqlamasında bunu etiraf edib. Lakin fransalı onunla maraqlanan klubun adını çəkmək istəməyib:“Bəli, Azərbaycan klubundan təklifim var idi. Amma bütün fikrim hazırkı komandam ilə bağlıydı. Azərbaycanın hansı klubunun məni transfer etmək istədiyini deyə bilmərəm. Bu, doğru olmazdı. Sirr kimi qalsa, daha yaxşıdır".

Xatırladaq ki, “Ruan”, “Keviyi Ruan”, “Havr” klublarında oynamış Bask 2021-ci ildə “Neftçi”yə keçmişdi. Amma o, şəxsi məsələlərə görə Fransaya qayıtmaq istədiyindən Bakıda çox qalmamışdı. Futbolçunun “Şatoru” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.

Xəbər xətti