Messi komanda yoldaşlarından üzr istədi

22:15 - 5 May 2023

PSJ-nin argentinalı hücumçusu Lionel Messi sosial şəbəkə hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, bir neçə gün öncə klubdan icazə almadan Səudiyyə Ərəbistanına gedən ulduz futbolçu komanda yoldaşlarından üzr istəyib. 35 yaşlı oyunçu klubun onun haqda verəcəyi qərarı gözlədiyini bildirib:

"Əvvəllər də olduğu kimi oyundan sonra bir günlük istirahət veriləcəyini düşünürdüm. Buna görə də Səudiyyə Ərəbistanına səfər planlaşdırdım və səfəri ləğv edə bilmədim. Çünki, bir dəfə ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm. Klubun mənimlə bağlı qərarını gözləyirəm".

Xəbər xətti