Fransanın "Nitsa" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Dante ilə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı mərkəz müdafiəçisi 2023/2024 mövsümünün sonuna kimi klubda qalacaq.
Qeyd edək ki, "Nitsa" Danteni 2016-cı ilin yayında "Volfsburq"dan transfer edib. 40 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi