PSJ və "Liverpul" "Sportinq"in müdafiəçisi Qonsalo İnasionu transfer etmək üçün hərəkətə keçib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, hər iki klub Lissabon klubunun 5-ci kapitanını transfer etmək istəyir.
Portuqaliya nəhəngi isə 21 yaşlı müdafiəçisini 45 milyon avroya satmağa razıdır. Mübarizədə "Liverpul"un daha iddialı olduğu bildirilir.
2022/23 mövsümündə İnasio "Sportinq"in təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Onun paytaxt klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu il Portuqaliya millisinin heyətində debüt etmiş İnasio “Sportinq” yetirməsidir.
saytlarin hazirlanmasi